Ucnoqta.az
www.ucnoqta.az

General yüksək vəzifəyə təyin edildi

12:48 - 29 Yanvar 2026 tarixində dərc olunub.

Dövlət Sərhəd Xidmətində (DSX) yüksək vəzifələrə yeni təyinatlar olub.

Ucnoqta.az xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.
Vəzifədə irəli çəkilənlərdən biri də general-mayor Azad Abdullayevdir. General DSX-nin Sərhəd Qoşunları Komandanlığının qərargah rəisi təyin edilib.

“Azərbaycan bayrağı” ordeni ilə təltif edilmiş A. Abdullayev bu təyinata qədər diviziya komandiri kimi xidmət edib. ///Qafqazinfo.az

Müəllif: Ucnoqta.az redaksiyası