Ucnoqta.az
www.ucnoqta.az

Avropa Ukrayna münaqişəsinin həlli prosesinin bir hissəsi olmalıdır - Makron

11:46 - 29 Yanvar 2026 tarixində dərc olunub.

Fransa Prezidenti Emmanuel Makron bildirib ki, Avropa ölkələri Ukraynadakı münaqişənin həlli prosesində tam iştirak etməlidirlər.

Ucnoqtaş.az xəbər verir ki, Makron bu barədə X-də yazıb.
Fransa lideri həmçinin Ukrayna prezidenti Volodimir Zelenski ilə danışdığını bildirib. O, Parisin lazım olacağı qədər Kiyevi dəstəkləməyə davam edəcəyini vurğulayıb.

Makron nəşrdə qeyd edib ki, Fransa sözdə kölgə donanmasına qarşı durmaq üçün Avropa səviyyəsində yeni anti-Rusiya sanksiyaları üzərində işləməyə davam edəcək.

Müəllif: Ucnoqta.az redaksiyası