Ucnoqta.az
www.ucnoqta.az

"Keçdiyimiz 8 oyunluq yola baxsaq, çox əziyyət çəkdik"

10:09 - 29 Yanvar 2026 tarixində dərc olunub.

Çempionlar Liqasının Liqa mərhələsinin sonuncu - VIII turu çərçivəsində keçirilən "Liverpul" (İngiltərə) - "Qarabağ" matçının (6:0) ardından "köhlən atlar"ın baş məşqçisi Qurban Qurbanov fikirlərini açıqlayıb.

Ucnoqta.az xəbər verir ki, təcrübəli mütəxəssis oyunsonrası mətbuat konfransında qarşılaşmanı dəyərləndirib:

"Təəssüf ki, belə məğlubiyyətlə üzləşdik. Buna baxmayaraq, pley-off mərhələsinə vəsiqə qazandıq. Futbolçularımı, xalqımızı təbrik edirəm. Liqa mərhələsində keçdiyimiz 8 oyunluq yola baxsaq, çox əziyyət çəkdik. Futbolçularım pley-offa yüksəlməyə layiq idilər. Getdikcə oyunlar çətinləşir, rəqiblər güclənir. Qarşıda bizi daha böyük matçlar gözləyir. Növbəti oyunlara daha yaxşı hazırlaşmağa çalışacağıq".

Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasının əsas mərhələsini 10 xalla 22-ci pillədə başa vurub. ///apasport

Müəllif: Ucnoqta.az redaksiyası