Ucnoqta.az
www.ucnoqta.az

Hindistanın dövlət nazirinin müavini təyyarə qəzasında həlak oldu

10:20 - 28 Yanvar 2026 tarixində dərc olunub.

Hindistanın Maharaştra ştatının baş nazirinin müavini və Milliyyətçi Konqres Partiyasının lideri Ajit Pavar Hindistanda baş verən təyyarə qəzasında həlak olub.

Ucnoqta.az xəbər verir ki, "The Indian Express"in məlumatına görə, Mülki Aviasiya Baş İdarəsinin məlumatına görə, qəzada daha dörd nəfər həlak olub.

Qeyd olunur ki, Pavardan əlavə, "Learjet 45" təyyarəsində bir təhlükəsizlik işçisi, bir stüardessa və iki pilot da olub. Qəzet bildirir ki, təyyarə Baramati hava limanına eniş edərkən qəzaya uğrayıb.

Müəllif: Ucnoqta.az redaksiyası