Ucnoqta.az
www.ucnoqta.az

Ceyhun Bayramov Çinə yola düşdü

12:51 - 27 Yanvar 2026 tarixində dərc olunub.

27 yanvar 2026-cı il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Çin Xalq Respublikasına rəsmi səfərə yola düşüb.


XİN-dən Ucnoqta.az-a verilən xəbərə görə, səfər çərçivəsində nazir Ceyhun Bayramovun 28 yanvar tarixində Çin Xalq Respublikasının xarici işlər naziri Van İ ilə görüşünün keçirilməsi nəzərdə tutulub.

Müəllif: Ucnoqta.az redaksiyası