Ucnoqta.az
www.ucnoqta.az

Almaniya hazırda Ukraynaya yeni "Patriot" sistemləri verə bilməyəcək

00:00 - 27 Yanvar 2026 tarixində dərc olunub.

Almaniyanın Ukraynaya əlavə hava hücumundan müdafiə sistemləri verməkdə məhdud imkanları var və xüsusən də yeni "Patriot"ları özü ehtiyac duyduğu üçün təhvil verə bilmir.

Ucnoqta.az xəbər verir ki, Almaniyanın müdafiə naziri Boris Pistorius bunu Berlində litvalı həmkarı Robertas Kaunasla keçirdiyi mətbuat konfransında bildirib.

"Biz daha çox şey edə bilmərik, çünki artıq təhvil verilənlərin yerini alacaq tədarüklərini gözləyirik", - deyə o, əlavə edib.

Müdafiə naziri həmçinin qeyd edib ki, Almaniya Kiyevi Iris-T sistemləri ilə təmin edən yeganə ölkədir və onların çatışmazlığı olduğunu qeyd edib.

Müəllif: Ucnoqta.az redaksiyası