Ucnoqta.az
www.ucnoqta.az

Afrikada fövqəladə vəziyyəti ləğv edildi

20:22 - 26 Yanvar 2026 tarixində dərc olunub.

Afrika Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri (ACDC) meymun çiçəyinin yayılması səbəbindən elan edilmiş beynəlxalq narahatlıq doğuran ictimai səhiyyə fövqəladə vəziyyətini (PHEIC) ləğv edib.

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, mərkəz bu barədə açıqlama yayıb.
Fövqəladə vəziyyət əsasən Konqo Demokratik Respublikasında qitədə 80.000-ə qədər şübhəli hal və 1300 ölüm halının aşkarlanması ilə xəstəliyin sürətlə yayılması ilə 2024-cü ilin avqust ayında elan edilmişdi.

Cavab tədbirlərinin bir hissəsi olaraq, mərkəz 1 milyard dollardan çox vəsait səfərbər edən, icma əsaslı nəzarəti gücləndirən, laboratoriya potensialını genişləndirən, 16 ölkəyə 5 milyondan çox doza peyvənd çatdıran və minlərlə alimin iştirakı ilə birgə tədqiqatlar aparan səylərə rəhbərlik edib.

Bu səylər şübhəli halların sayını 40%, təsdiqlənmiş halları 60% azaltmış və ölüm nisbətini əhəmiyyətli dərəcədə azaltmışdır.

Müəllif: Ucnoqta.az redaksiyası