General-mayor Novruzəli Orucovun oğlu Rüstəm Orucov keçmiş sevgilisini təhdidr edir.
Ucnoqta.az xəbər verir ki, bu barədə Nərmin Xudaverdiyeva özü məlumat verib.
Nərmin Xudaverdiyevanın sözlərinə görə, Rüstəm Orucovla sevgi münasibətində olub və ötən il ayrılıb.
"Yeni münasibətə başladığımı öyrəndikdən sonra Rüstəm Orucov tərəfindən müxtəlif təhdidlərə məruz qalmışam. Qapıma gəlib, maşınımı əzib, ünvanıma söyüş və təhqirlər səsləndirib. Olduğu məclislərdə mənim barəmdə xoşagəlməz ifadələr səsləndirib. Dünən olan hadisəyə qədər mən buna dözürdüm, lakin dünən artıq hüquqmühafizə orqanlarına müraciət etdim. Çünki fake sosial media hesab açaraq mənim adımdan saxta mesajlar hazırlayıb və yayıb, bunu eyni zamanda mənim yeni münasibətdə olduğum adama göndərib. Artıq mən bu adamla bacara bilmirəm, canımdan bezmişəm. Rüstəm Orucov keçmiş məmur övladıdır, yəqin bunlara güvənib məni əzə biləcəyini düşünür".
Milli.Az-ın əldə etdiyi məlumata görə isə Rüstəm Orucov heç də mediaya yad biri deyil. R.Orucov bir vaxtlar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini olmuş general-mayor Novruzəli Orucovun oğludur.
R.Orucov hələ 2017-ci ildə dostları ilə birlikdə Bakıda ona yol verməyən avtobus sürücüsünü döymüşdü. Bu hadisədən sonra Novruzəli Orucov vəzifəsindən azad edilmişdi və məhkəmənin hökmü ilə Rüstəm Orucov 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi.
2021-ci ildə isə R.Orucov yenidən medianın gündəminə gəlmişdi. Bu dəfə isə o, Marketlərin birində qida məhsullarını qəsdən yararsız hala salıb və bunu mobil telefon vasitəsilə çəkmişdi. Buna görə isə saxlanılaraq izahatları alınmış və marketə dəymiş ziyan ödətdirilmişdi.