Ucnoqta.az
www.ucnoqta.az

Avropadan Rusiya qazına tam qadağa

15:03 - 26 Yanvar 2026 tarixində dərc olunub.

Rusiyadan Avropa Birliyinə mayeləşdirilmiş təbii qazın (LNG) tədarükünə 2027-ci ilin əvvəlindən tam qadağa qoyulacaq.

Ucnoqta.az xəbər verir ki, bunu Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirib. Ekspertin sözlərinə görə, Rusiyadan boru kəməri ilə qaz tədarükü də 30 sentyabr 2027-ci ildən qadağan ediləcək.

"AB Şurasının bu gün yaydığı bəyanatına görə, 1 mart 2026-cı il tarixinə qədər AB ölkələri qaz idxalını şaxələndirmək üçün planlar hazırlamalı və Rusiyadan tədarükün əvəz edilməsində potensial problemləri müəyyən etməlidirlər. Avropa Komissiyası 2027-ci ilin sonuna qədər Rusiya neft idxalını tədricən dayandırmaq üçün bir qayda təqdim etməyi planlaşdırır. AB ölkələri idxal olunan qazın mənşəyini yoxlamalıdırlar".

İlham Şaban qeyd edir ki, qadağanı pozmağa görə cərimələr aşağıdakılardır:

* fiziki şəxslər üçün maksimum cərimə ən azı 2,5 milyon avro olacaq;

* şirkətlər üçün - 40 milyon avrodan və ya ümumi illik dövriyyənin 3,5%-dən və ya əməliyyat üçün gözlənilən dövriyyənin 300%-dən az olmamalıdır".

Müəllif: Ucnoqta.az redaksiyası