Ucnoqta.az
www.ucnoqta.az

Fransa şirkəti Ukraynaya 500 km mənzilli dronlar verib

20:26 - 25 Yanvar 2026 tarixində dərc olunub.

Fransız şirkəti EOS Technologie Ukraynaya 500 km-ə qədər mənzillərə zərbələr endirmək üçün bir neçə pilotsuz uçuş aparatı (PUA) çatdırdı.

Ucnoqta.az bildirir ki, bu barədə Agence France-Presse (AFP) məlumat verib.

Rodeur modeli 4 kq-a qədər faydalı yük daşıya və 100 km/saat sürətlə 5 saat uça bilər.

O, katapultla buraxılır və iki operator tərəfindən yığılması üç dəqiqə çəkir. EOS Technologie şirkətinin prezidenti Jan-Mark Zulianinin agentliyə verdiyi məlumata görə, model həm kəşfiyyat missiyalarını yerinə yetirə, həm də kamikaze dron kimi istifadə edilə bilər.

Müəllif: Ucnoqta.az redaksiyası