Ucnoqta.az
www.ucnoqta.az

Cənubi Koreyanın keçmiş Baş naziri vəfat edib

14:23 - 25 Yanvar 2026 tarixində dərc olunub.

Cənubi Koreyanın keçmiş Baş naziri Li He Çan Vyetnama işgüzar səfərdə olarkən 73 yaşında vəfat edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Yonhap Xəbər Agentliyi məlumat verib.

Li He Çan 2004-cü ildən 2006-cı ilə qədər Prezident Ro Mu Hyun dövründə baş nazir vəzifəsində çalışıb. 2025-ci ilin oktyabrında o, Dinc Birləşmə üzrə Məşvərət Şurasının vitse-prezidenti təyin edilib.

Onun lüm səbəbi ürək tutması kimi göstərilir. 

Səhhətinin pisləşməsi səbəbindən o, 23 yanvarda Koreya Respublikasına qayıtmağı planlaşdırırdı. Elə həmin gün nəfəs almaqda çətinlik çəkdiyinə görə Ho Şi Min şəhərinin hava limanından təcili olaraq çıxarılıb.

Müəllif: Ucnoqta.az redaksiyası