Ucnoqta.az
www.ucnoqta.az

İş yoldaşının kartından oğurluq edən şəxs saxlanıldı

13:40 - 25 Yanvar 2026 tarixində dərc olunub.

Qaradağ rayonu ərazisində bir nəfərin bank kartından 1200 manat pul oğurlanıb. Bu barədə zərərçəkən polisə müraciət edib.

Ucnoqta.az xəbər verir ki, Qaradağ Rayon Polis İdarəsi 38-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 28 yaşlı N.Ataşov müəyyən olunaraq saxlanılıb.

Araşdırma zamanı saxlanılan şəxsin zərərçəkənin iş yoldaşı olduğu və onun telefonundan mobil tətbiq vasitəsilə ödənişi öz hesabına köçürdüyü müəyyən edilib.

Araşdırma davam etdirilir.

Müəllif: Ucnoqta.az redaksiyası