Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycandan gələn turistlərin sayı azalıb

18:03 - 23 Yanvar 2026 tarixində dərc olunub.

2025-ci ildə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 2024-cü illə müqayisədə 2,3 % azalaraq 2 milyon 109,9 min nəfər olub.

Ucnoqta.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, vətəndaşların 41,2 %-i Türkiyəyə, 14,5 %-i Rusiyaya, 10,7 %-i Gürcüstana, 9,7 %-i İrana, 23,9 %-i digər ölkələrə səfər edib, 63,5 %-ini kişilər, 36,5 %-ini qadınlar təşkil edib.

İl ərzində Gürcüstana gedənlərin sayı 20,4 %, İrana gedənlərin sayı 9,2 % artıb, Rusiyaya gedənlərin sayı 31,5 %, Türkiyəyə gedənlərin sayı isə 1,6 % azalıb.

Xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 69,6 %-i hava, 28,5 %-i dəmir yolu və avtomobil, 1,9 %-i isə dəniz nəqliyyatından istifadə edib.

Müəllif: Ucnoqta.az redaksiyası