Ucnoqta.az
www.ucnoqta.az

ABŞ Yaxın Şərqdə əhəmiyyətli qüvvələr cəmləşdirib - Vens

08:17 - 23 Yanvar 2026 tarixində dərc olunub.

Əhəmiyyətli Amerika qüvvələri Yaxın Şərqdə cəmləşib.

Ucnoqta.az xəbər verir ki, ABŞ-nin vitse-prezidenti J.D. Vens  Newsmax-a verdiyi müsahibədə ABŞ-ın İrana qarşı siyasətini müzakirə edərkən bildirib.
"Prezidentin oynaya biləcəyi çoxlu kart var. Onun nə edəcəyini dəqiq deməyəcəyəm, amma birdən çox seçimimiz olduğundan əmin olmaq istəyirik. Bölgədə çoxlu qüvvələrimiz var", - deyə o, qeyd edib.

Vitse-prezidentin sözlərinə görə, ABŞ prezidenti Donald Tramp sadəcə əmin olmaq istəyir ki, ABŞ İran həqiqətən axmaq bir şey edərsə ona cavab vermək üçün lazımi resurslara malikdir.

Müəllif: Ucnoqta.az redaksiyası