Maliyyə Nazirliyinin Maliyyə Elm-Tədris Mərkəzinə yeni direktor təyin edilib.
Ucnoqta.az xəbər verir ki, Qaynarinfo-nun məlumatına görə, nazir Sahil Babayevin əmri ilə Aslanov Emin Şahin oğlu sözügedən vəzifəyə təyin olunub. Digər əmrlə Elm-Tədris Mərkəzinin hazırkı direktoru Nəsirov Fuad Ramiz oğlu vəzifəsindən azad edilib.
Qeyd edək ki, Emin Aslanov uzun illər ləğv edilən Muğan Bankın "Həyat” filialının müdiri olub. O, 2023-cü ildə elm və təhsil naziri Emin Əmrullayevin əmri ilə Qərbi Kaspi Universitetində "Mühasibat Uçotu” və "Maliyyə” ixtisasları üzrə Dövlət Attestasiya Komissiyasının sədri təyin edilmişdi.
Həmçinin oxuyun
Həmçinin oxuyun
Sahil Babayevdən yeni ƏMR: Yüksək vəzifə verilən şəxs KİMDİR?
Həmçinin oxuyun
Prezident mühüm sənədi İMZALADI
Həmçinin oxuyun
D vitamini bu qədər olmalıdır,əks halda... — Həkim mühüm məlumatı AÇIQLADI
Həmçinin oxuyun
"AMEA-da elmi katib olsaydım, elə mən də rəhbərimə çətir tutardım " — Əntiqə Rəşid həmin "zontik"dən YAZIR
1982-ci ildə anadan olan Emin Aslanov Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarına əsasən, 2018-ci ildə iqtisad üzrə fəlsəfə doktoru elmi adını alıb.