Qəzza zolağının Misirlə sərhədindəki Rəfah keçid məntəqəsi gələn həftə hər iki tərəfdən açılacaq.
Ucnoqta.az bildirir ki, bu barədə Fələstin Qəzza İdarəetmə Komitəsinin rəhbəri, fələstinli siyasətçi Əli Şaat məlumat verib.
O, Davosda Sülh Şurasının açılış mərasimində iştirakçılara videomüraciətində bildirib.
O, bu keçid məntəqəsinin Qəzza sakinləri üçün həyati rol oynadığını vurğulayıb.