Ucnoqta.az
www.ucnoqta.az

ABŞ səfirliyi "Qarabağ"ı təbrik etdi

14:14 - 22 Yanvar 2026 tarixində dərc olunub.

ABŞ-nin Azərbaycandakı səfirliyi Çempionlar Liqasında ötən gün "Qarabağ"ın Almaniyanın "Ayntraxt" klubu üzərində qələbəsi münasibətilə təbrik edib.

Ucnoqta.az xəbər verir ki, səfirliyin sosial şəbəkə hesabında yaydığı məlumatda deyilir:

"ABŞ-nin Bakıdakı Səfirliyi UEFA Çempionlar Liqası çərçivəsində keçirilən oyunda "Ayntraxt" üzərində əldə etdiyi möhtəşəm qələbə münasibətilə "Qarabağ" FK-nı təbrik edir. Qətiyyət, komanda işi və Azərbaycan futbolunun Avropa arenasında artan gücünü nümayiş etdirən əla bir çıxış. Birləşmiş Ştatlar bu il FIFA Dünya Kubokuna ev sahibliyi etməyə hazırlaşarkən, bu cür anlar futbolun bütün dünyada azarkeşləri və xalqları birləşdirməyə davam etdiyini bir daha göstərir".

Müəllif: Ucnoqta.az redaksiyası