Ucnoqta.az
www.ucnoqta.az

Ermənistan Qəzza üzrə "Sülh Şurası" ilə bağlı sənədi təsdiqlədi

12:17 - 22 Yanvar 2026 tarixində dərc olunub.

Ermənistan hökuməti Qəzza üzrə "Sülh Şurası"nın nizamnaməsinin imzalanması təklifini təsdiqləyib.

Ucnoqta.az xəbə verir ki, Ermənistan hökumətinin veb saytında dərc olunmuş sənəddə "Beynəlxalq müqavilələr haqqında" Qanunun 7-ci maddəsinə əsasən Qəzza üzrə "Sülh Şurası"nın nizamnaməsinin imzalanması təklifi təsdiqlənib.

Bundan əlavə, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyana nizamnamənin imzalanmasını təşkil etmək tapşırılıb.

Müəllif: Ucnoqta.az redaksiyası