Ucnoqta.az
www.ucnoqta.az

Bakıda 14 yaşlı yeniyetmə dəm qazından boğuldu

10:40 - 22 Yanvar 2026 tarixində dərc olunub.

Bakıda 14 yaşlı yeniyetmə dəm qazından boğulub.

Ucnoqta.az xəbər verir ki, yanvarın 20-si saat 23 radələrində Buzovna qəsəbə sakini 2012-ci il təvəllüdlü Əli Nəsirov yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası