Ucnoqta.az
www.ucnoqta.az

Elməddin Bəşirov yeni vəzifəyə təyin olundu - FOTO

14:08 - 21 Yanvar 2026 tarixində dərc olunub.

Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimlinin müvafiq əmrinə əsasən Bəşirov Elməddin Əsgər oğlu Qarabağ Regional Təhsil İdarəsinin tədrisin keyfiyyəti sektorunun müdiri vəzifəsinə təyin edilib.

Ucnoqta.az bildirir ki, Elməddin Bəşirov 1981-ci ildə Neftçala rayonunda anadan olub. Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsini bitirib. Əmək fəaliyyətinə 2003-cü ildə Neftçala rayonu Zabil Əsgərov adına Aşağı Surra kənd tam orta məktəbində coğrafiya müəllimi kimi başlamış, 2009–2023-cü illərdə həmin məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb.

2023–2025-ci illərdə Şirvan-Salyan Regional Təhsil İdarəsinin tədrisin keyfiyyəti sektorunda məsləhətçi vəzifəsində çalışıb.

Müəllif: Ucnoqta.az redaksiyası