Xankəndi şəhərində, Xocalı və Ağdərə rayonlarında 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar anım tədbirləri keçirilib.
Bu barədə Ucnoqta.az-a Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, saat 12:00-da Azərbaycanın bütün ərazisində olduğu kimi, Xankəndi, Xocalı və Ağdərədə də 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.Şəhərdə nəqliyyatın və piyadaların hərəkəti dayandırılıb. Avtomobillərin siqnal səsi ilə şəhidlərimiz anılıb.Bayraqlar yarıya qədər endirilib.