Ucnoqta.az
www.ucnoqta.az

Estoniya Qrenlandiyada təlimlərdə iştirak etmək niyyətindədir

20:02 - 18 Yanvar 2026 tarixində dərc olunub.

ABŞ Prezidenti Donald Trampın əlavə ticarət tarifləri tətbiq etməklə bağlı təhdidlərinə baxmayaraq, Estoniya Qrenlandiyada hərbi təlimlərdə iştirak etmək niyyətindədir.

Ucnoqta.az xəbər verir ki, bu barədə Baltikyanı respublikanın müdafiə naziri Hanno Pevkur bildirib.

Nazir ERR-ə verdiyi şərhdə bildirib ki, "Biz təlimlərdə iştirak etməyə hazırıq və mənim fikrimcə, NATO təlimlərində iştirakı iqtisadi məsələlərlə əlaqələndirmək tamamilə ağlabatan deyil".

O əlavə edib ki, Estoniya hələlik hərbi heyətini Qrenlandiyaya göndərməyib və bu prosesin texniki detallarını hazırlayır.

Müəllif: Ucnoqta.az redaksiyası