Ucnoqta.az
www.ucnoqta.az

Temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ

16:05 - 15 Yanvar 2026 tarixində dərc olunub.

Yanvarın 17-si gündüzdən 22-dək ölkə ərazisində hava şəraitinin yenidən yağıntılı olacağı, bəzi ərazilərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda isə qar yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, bu yanvarın 22-dək davam edəcək.

Sözügedən dövrdə hava şəraiti yenidən yağıntılı olacaq, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacaq. Ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi ehtimal olunur. Bəzi ərazilərdə şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.

Bu müddət ərzində Bakıda və Abşeron yarımadasında da yağıntıların sulu qara keçəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə enərək, minimal temperatur Bakıda və Abşeron yarımadasında 0-2 dərəcə isti, dağətəyi rayonlarda 3 dərəcəyədək, dağlıq rayonlarda 5-10 dərəcə, yüksək dağlıq ərazilərdə isə 15-20 dərəcə şaxta olacaq.

Bakının rayonlarında, xüsusən də, dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.

Müəllif: Ucnoqta.az redaksiyası