Ucnoqta.az
www.ucnoqta.az

ABŞ Kubaya humanitar yardım göndərilməsi barədə məlumat verməyib

08:10 - 15 Yanvar 2026 tarixində dərc olunub.

ABŞ hökuməti Amerika tərəfinin açıq açıqlamalarına baxmayaraq, adaya humanitar yardım göndərmək niyyəti barədə Kuba hakimiyyətini rəsmi olaraq məlumatlandırmayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Kuba Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib.

XİN qeyd edib ki, 14 yanvarda ABŞ Dövlət Departamenti humanitar yardımın bir hissəsinin milli əraziyə çatacağını açıqlayıb. Lakin ABŞ hökuməti ilə Kuba hökuməti arasında bu göndərişi təsdiqləmək üçün heç bir rəsmi əlaqə olmayıb.

Bildrilir ki, ABŞ-ın Kubaya yardım göndərmək planları rəsmi diplomatik kanallar vasitəsilə deyil, Kuba Katolik Kilsəsi vasitəsilə öyrənilib.Daha əvvəl ABŞ Dövlət Katibi Marko Rubio Vaşinqtonun Melissa qasırğasından sonra bərpa üçün Kuba xalqına ilk humanitar yardım partiyasını göndərdiyini açıqlayıb.

Müəllif: Ucnoqta.az redaksiyası