Ucnoqta.az
www.ucnoqta.az

49 yaşlı müəllim qəfil vəfat etdi - Foto

23:45 - 14 Yanvar 2026 tarixində dərc olunub.

Sumqayıt şəhər 36 nömrəli orta ümumtəhsil məktəbin müəllimi dünyasını dəyişib.

Ucnoqta.az xəbər verir ki, məktəbin ibtidai sinif müəllimi, 49 yaşlı Məlahət Ömərova qəfil vəfat edib.

Məlumata görə, Məlahət Ömərova bir neçə həftə öncə səhhətində yaranan narahatlıqlar səbəbilə Sumqayıt şəhər 1 nömrəli şəhər xəstəxanasına yerləşdirilib. Aparılan tibbi müayinələr zamanı müəllimin beyin nahiyəsində virus mənşəli ağır problem aşkarlanıb. Həkimlərin göstərdiyi səylərə və görülən tibbi müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Müəllif: Ucnoqta.az redaksiyası