Ucnoqta.az
www.ucnoqta.az

Cəlilabadda köməkçi tikili yanıb

16:36 - 14 Yanvar 2026 tarixində dərc olunub.

Cəlilabad rayonunun Həziabad kəndində ümumi sahəsi 200 m² olan köməkçi tikilinin yanar konstruksiyaları 175 m² sahədə yanıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ucnoqta.az redaksiyası