Ucnoqta.az
www.ucnoqta.az

Xırdalanda beş avtomobil toqquşdu: Xəsarət alanlar var

12:40 - 14 Yanvar 2026 tarixində dərc olunub.

Bakı-Sumqayıt yolunda beş avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə magistralın Xırdalan şəhərindən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, qəza zamanı xəsarət alanların olduğu bildirilir.

Hadisə yerinə dərhal polis əməkdaşları və təcili tibbi yardım briqadaları cəlb olunublar.

Faktla bağlı araşdırma aparılır, qəzanın dəqiq başvermə səbəbləri müəyyənləşdirilir.

Müəllif: Ucnoqta.az redaksiyası