Ucnoqta.az
www.ucnoqta.az

Xaçmazda zəncirvari qəza olub

09:09 - 14 Yanvar 2026 tarixində dərc olunub.

Xaçmazda zəncirvari yol qəzası baş verib.

Ucnoqta.az xəbər verir ki, hadisə Gəndob - Yalama yolunun Xaçmaz şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Qəza zamanı VAZ-2107, "Toyota" və "Priora" markalı minik avtomobilləri toqquşub.

Hadisə nəticəsində VAZ-2107-də olan sərnişin xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası