Ucnoqta.az
www.ucnoqta.az

Gümüşün qiyməti yeni rekord həddə çatdı

08:33 - 14 Yanvar 2026 tarixində dərc olunub.

Comex birjasında (Nyu-York Ticarət Birjasının bir bölməsi) 2026-cı ilin mart ayı üçün çatdırılma gümüş fyuçerslərinin qiyməti yeni rekord həddə çatdı və troya unsiyası üçün 90 dolları keçib.

Ucnoqta.az xəbər verir ki, bu, ticarət platformasının məlumatlarından irəli gəlir.

Məlumata görə, qiymətli metalın qiyməti troya unsiyası üçün 5,2% artaraq 90,83 dollara çatıb.

Müəllif: Ucnoqta.az redaksiyası