Ucnoqta.az
www.ucnoqta.az

Çin ABŞ-ın ən böyük vergi ödəyicilərindən birinə çevrilib - Tramp

00:00 - 14 Yanvar 2026 tarixində dərc olunub.

ABŞ prezidenti Donald Tramp bildirib ki, onun administrasiyası tərəfindən tətbiq edilən tariflər səbəbindən Çin ABŞ büdcəsinin ən böyük gəlir mənbələrindən birinə çevrilib.

Ucnoqta.az xəbər verir ki, o, bu açıqlamanı Miçiqan ştatının Detroyt şəhərində çıxışı zamanı verib.

"Çin indi ən böyük vergi ödəyicilərimizdən biridir. Çin, buna heç inanardınızmı?" deyə o bildirib.

"Sübutlar açıq şəkildə göstərir ki, tariflər Amerika istehlakçıları tərəfindən deyil, xarici ölkələr və vasitəçilər tərəfindən ödənilir. Skott bunu əvvəllər bizimlə müzakirə edib: tariflər vasitəçilər tərəfindən ödənilir", - deyə Tramp əlavə edib.

Müəllif: Ucnoqta.az redaksiyası