Ucnoqta.az
www.ucnoqta.az

25 ildən sonra bu şəhərə ilk dəfə qar yağdı

22:54 - 13 Yanvar 2026 tarixində dərc olunub.

Mərakeşin şimal-şərqində yerləşən Ucda şəhəri uzun illərdən sonra ilk dəfə qar yağıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Daily Mail qəzeti məlumat verib.

Yanvarın 7-də güclü qar yağışı baş verib. Şəhər mərkəzində qarın qalınlığı iki santimetrə çatıb. Ətraf kəndlərdə daha qeyri-adi bir vəziyyət yaranıb və onlar 10 santimetrə qədər qar altında qalıb.

Ucdada qış temperaturu adətən 4 -10 dərəcə Selsi arasında dəyişir. Qar yağışı çox nadir hallarda olur. Müxtəlif mənbələrə görə, ərazidə sonuncu dəfə qar yığınları 14 və ya 25 il əvvəl müşahidə olunub.

Müəllif: Ucnoqta.az redaksiyası