Ucnoqta.az
www.ucnoqta.az

Hərbi təyyarələri mülki təyyarələr kimi maskalandı - zərbə endirdilər

11:32 - 13 Yanvar 2026 tarixində dərc olunub.

ABŞ ən azı bir dəfə Latın Amerikası sahillərində şübhəli narkotik qaçaqmalçılarının qayıqlarına zərbə endirmək üçün hərbi təyyarələri mülki təyyarələr kimi maskalayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə The Washington Post (WP) qəzeti məlumat yayıb.

Nəşrin bir neçə mənbəyi təsdiqləyib ki, ən azı ilk belə zərbələr, 2 sentyabr 2025-ci ildə mülki təyyarə kimi maskalanmış hərbi təyyarə tərəfindən həyata keçirilib.

Qəzet qeyd edir ki, bu təyyarədəki silahlar xaricdən deyil, daxildən daşınıb və qayığa yaxınlaşarkən istifadə edilib. 

Qəzet xatırladıb ki, 2025-ci ilin sentyabr ayından bəri Vaşinqton Venesuela və digər Latın Amerikası ölkələri sahillərində şübhəli narkotik qaçaqmalçılarının qayıqlarına təxminən otuz hücum həyata keçirib.

Müəllif: Ucnoqta.az redaksiyası