Mühacirətdə yaşayan AXCP sədr müavini Fuad Qəhrəmanlı Dövlət Təhlükəsizlik Xidmətinə çağırılıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Fuad Qəhrəmanlı özü məlumat yayıb.
Qəhrəmanlı bildirib ki, DTX-nın İstintaq İdarəsi onu "Ramiz Mehdiyev işi" üzrə ifadə verməyə çağırıb.
Qəhrəmanlının sözlərinə görə, hazırda ölkədə olmadığı üçün sualları telefonla cavablandırmağı təklif edib:
“Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq İdarəsindən zəng edib Ramiz Mehdiyevin işi ilə bağlı ifadə verməyə dəvət etdilər. Bildirdim ki, hazırda ölkədə yoxam və sualları telefonla cavablandırmağa hazıram”.