Ucnoqta.az
www.ucnoqta.az

Polis 86 nəfəri saxladı

10:07 - 12 Yanvar 2026 tarixində dərc olunub.

Yanvarın 10-da və 11-də ölkə ərazisində qeydə alınan 105, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 65, o cümlədən borclu şəxs qismində axtarışda olan 45 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 49, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 72 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 86 nəfər saxlanılıb.

Müəllif: Ucnoqta.az redaksiyası