Ucnoqta.az
www.ucnoqta.az

İlham Əliyev fərman imzaladı

13:52 - 8 Yanvar 2026 tarixində dərc olunub.

Prezident İlham Əliyev "Nizamnamə kapitalında dövlətə məxsus səhmlər olan bankların və bank olmayan kredit təşkilatlarının idarə edilməsində dövlətin iştirakı qaydası haqqında" 7 avqust 2009-cu il tarixli fərmanında dəyişiklik edib.

Ucnoqta.az xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycanda dövlətə məxsus kredit təşkilatının yenidən təşkili və ləğvinə prezident qərar verəcək.

Müəllif: Ucnoqta.az redaksiyası