9 yanvarda Yer kürəsində zəif maqnit fırtınaları gözlənilir.
Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyası və Rusiya Elmlər Akademiyasının Sibir Bölməsinin Günəş-Yer Fizikası İnstitutu məlumat yayıb. Məlumata görə, plazma buludunun güclü yan tərəfə sürüşməsi səbəbindən proqnoz olduqca qeyri-sabitdir.