Ucnoqta.az
www.ucnoqta.az

DSX-nin polkovnik-leytenantı saxlanıldı

16:33 - 6 Yanvar 2026 tarixində dərc olunub.

Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizə Xidmətinin sabiq şöbə rəisi polkovnik-leytenant Zaur Gülməmmədov saxlanılıb.

Ucnoqta.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Z. Gülməmmədova qarşı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət işi başlanılıb.

Polkovnik-leytenant 2 ay əvvəl vəzifəsindən azad edilərək təqaüdə göndərilib. O, işlədiyi müddətdə yol verdiyi qanunsuzluqlarla bağlı ittiham olunur.

Müəllif: Ucnoqta.az redaksiyası