Ucnoqta.az
www.ucnoqta.az

Uğur, Raul, Melisa, ... - Uşaqlara ən çox qoyulan ADLAR

15:24 - 5 Yanvar 2026 tarixində dərc olunub.

2025-ci ildə Azərbaycanda yeni doğulan uşaqlara qoyulan adların statistikası açıqlanıb.

Ucnoqta.az Ədliyyə Nazirliyinin saytına istinadla xəbər verir ki, 2025-ci ildə doğulan 1721 oğlan uşağına ən çox Uğur adı qoyulub. Oğlan adlarında sonrakı yerləri Raul (1301), Hüseyn (1164), Əli (1151), Yusif (1100), Miran (855), Ömər (784), Ayxan (737), Tunar (693) və Murad (677) tutur.

Ötən il qız uşaqlarına ən çox Melisa adı verilib (75). Qız uşaqlarına ən çox qoyulan digər adlar Zeynəb (1129), Məryəm (1127), Nilay (1112), Aylin (1095), Zəhra (1066), Ayla (1053), İnci (950), Alisa (946) və Fatimədir (803).

Son beş ildə də oğlan və qız uşaqlarına ən çox müvafiq olaraq Uğur və Zəhra adları verilib. Bu müddətdə 7 min 387 uşağa Uğur, 5 min 772 qız uşağına Zəhra adı qoyulub. Sonrakı yerlərdə oğlanlarda Əli (6 min 125), Hüseyn (5 min 807) və Yusif (5 min 487) qərarlaşıb. Uşaqlara verilən adların siyahısında ilk onluqda qızlarda Məryəm (5 min 277), Zeynəb (5 min 253), Aylin (5 min 87), Nilay (4 min 698) yer alır.

Müəllif: Ucnoqta.az redaksiyası