Ucnoqta.az
www.ucnoqta.az

25 aptekdə yoxlama - 7 aptekdə nöqsanlar aşkarlandı

14:57 - 5 Yanvar 2026 tarixində dərc olunub.

2025-ci ilin dekabr ayında Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən ümumilikdə 25 aptekdə yoxlama həyata keçirilib. Bu yoxlamalardan 9-u Bakı şəhərində, 16-ı isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə aparılıb.

Analitik Ekspertiza Mərkəzindən verilən məlumata görə, yoxlamaların 11-i planlı, 14-ü isə plandankənar olub.

"Aparılmış yoxlamalar nəticəsində 7 aptekdə müxtəlif nöqsanlar aşkarlanıb, bu hallarla bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210.1, 452.1 və 452.3 maddələri üzrə müvafiq inzibati protokollar tərtib edilib", - məlumatda qeyd olunub.

Müəllif: Ucnoqta.az redaksiyası