Luvr administrasiyası 5 yanvar tarixinə planlaşdırılan iclas səbəbindən muzeyin fəaliyyətində mümkün fasilələr yarana biləcəyini açıqlayıb. Bu iclasda muzey işçiləri Milad tətilindən əvvəl dayandırılan tətili yenidən başlatmaq qərarına gələ bilərlər.
Ucnoqta.az xəbər verir ki, bu barədə Parisin aparıcı muzeyinin saytında dərc olunmuş açıqlamada bildirilib.
Açıqlamada bildirilir ki, 5 yanvar bazar ertəsi günü muzeyin açılışında fasilələr yarana bilər və bəzi otaqlar bağlı qalacaq.