Ucnoqta.az
www.ucnoqta.az

Polis gücləndirilmiş iş rejimində işləyəcək

14:28 - 30 Dekabr 2025 tarixində dərc olunub.

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları ilə əlaqədar Daxili İşlər Nazirliyi tərəfindən ölkədə, o cümlədən işğaldan azad olunmuş ərazilərdə ictimai asayişin təmini məqsədilə bütün təhlükəsizlik tədbirləri həyata keçirilir.

Ucnoqta.az xəbər verir ki, DİN Mətbuat Xidmətindən bildirilib ki, polis əməkdaşları insanların sıx toplaşdığı məkanlarda və avtomobil yollarında təhlükəsizliyin təmin olunması üçün xidmətlərini gücləndirilmiş rejimdə davam etdirirlər.

Polisin gördüyü tədbirlər və qanunvericiliyin tələbləri vətəndaşların təhlükəsizliyinin təmin olunmasına xidmət edir. Hər kəsi qaydalara riayət etməyə və ictimai asayişin qorunmasına dəstək göstərməyə çağırırıq.

Bayramınız təhlükəsiz keçsin!

Müəllif: Ucnoqta.az redaksiyası