Ucnoqta.az
www.ucnoqta.az

Bakıda orta aylıq əməkhaqqı artıb

17:31 - 29 Dekabr 2025 tarixində dərc olunub.

Bu ilin yanvar-oktyabr aylarında Bakı şəhərində muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1357,5 manat olub.

Ucnoqta.az bu barədə Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir.

Məlumata əsasən, bu göstərici 2024-cü ilin müvafiq dövrünə nisbətən 8,5 faiz çoxdur.

Xatırladaq ki, ümumi ölkə üzrə isə 2025-ci ilin yanvar-oktyabr aylarında muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 9,4 faiz artaraq 1086,3 manat təşkil edib.

Müəllif: Ucnoqta.az redaksiyası