Ucnoqta.az
www.ucnoqta.az

İmişlidə 46 yaşlı kişi dəm qazından boğuldu

13:56 - 27 Dekabr 2025 tarixində dərc olunub.

İmişlidə kişi dəm qazından boğularaq ölüb.

Ucnoqta.az xəbər verir ki, hadisə rayonun Çahar kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1969-cu il təvəllüdlü Mehman Məmməd oğlu Nəsirov yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı İmişli Rayon Prokurorluğunda araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası