Ucnoqta.az
www.ucnoqta.az

Özbəkistan kosmosa ilk peyk və kosmonavt göndərəcək

13:13 - 26 Dekabr 2025 tarixində dərc olunub.

Müstəqillikdən bəri ilk dəfə Özbəkistan süni peyk və ilk kosmonavtını, ölkə vətəndaşını kosmosa göndərməyi planlaşdırır.

Ucnoqta.az xəbər verir ki, prezident Şavkat Mirziyoyev bunu Özbəkistan parlamentinə və xalqına illik müraciəti zamanı açıqlayıb.

Mirziyoyev əmin olduğunu bildirib ki, bu, ölkənin elmi və texnoloji inkişafına güclü təkan verəcək və milli inkişafı yeni səviyyəyə qaldıracaq.

Müəllif: Ucnoqta.az redaksiyası