Ucnoqta.az
www.ucnoqta.az

Sərnişin avtobus yandı

13:59 - 24 Dekabr 2025 tarixində dərc olunub.

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı-Sumqayıt şosesinin Abşeron rayonu, Saray qəsəbəsindən keçən hissəsində avtobusda yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən avtobusda baş vermiş yanğın qısa müddətdə söndürülüb.

Xəsarət alan yoxdur.

Müəllif: Ucnoqta.az redaksiyası