Ucnoqta.az
www.ucnoqta.az

Ankara yaxınlığında qəzaya uğrayan təyyarənin qalıqları tapılıb

00:00 - 24 Dekabr 2025 tarixində dərc olunub.

Türkiyə xilasetmə bölmələri Ankara hava limanından qalxdıqdan qısa müddət sonra qəzaya uğrayan Falcon 50 özəl təyyarəsinin qalıqlarını aşkar ediblər.

Ucnoqta.az xəbər verir ki, bu barədə NTV məlumat yayıb.

Türkiyənin daxili işlər naziri Əli Yerlikayanın sözlərinə görə, Tripoliyə uçan Falcon təyyarəsində Liviya Ordusunun Baş Qərargah rəisi Məhəmməd əl-Həddad da daxil olmaqla beş nəfər olub. Təyyarə ilə əlaqə yerli vaxtla saat 20:52-də kəsilib.

NTV-nin məlumatına görə, təyyarə ilkin olaraq texniki nasazlıq səbəbindən qəzaya uğrayıb. Qalıqları geniş əraziyə səpələnib.

Müəllif: Ucnoqta.az redaksiyası