Ucnoqta.az
www.ucnoqta.az

Beyləqanda azyaşlı quyuya düşərək ölüb

14:32 - 19 Dekabr 2025 tarixində dərc olunub.

Beyləqanda 2 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb.

hadisə rayonun Tatalılar kəndində baş verib. Kənd sakini 2023-cü il təvəllüdlü Uğur İmanzadənin evin həyətindəki kanalizasiya quyusuna düşərək öldüyü bildirilir.

Faktla bağlı araşdırma başlanıb.

Müəllif: Ucnoqta.az redaksiyası