Ucnoqta.az
www.ucnoqta.az

Avtoxuliqanlıq edən sürücü həbs edildi

11:25 - 19 Dekabr 2025 tarixində dərc olunub.

Qusarda avtoxuliqanlıq edən sürücü həbs edilib.

Ucnoqta.az xəbər verir ki, Qusar rayonunda yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq edən "BMW" markalı 10-ZR-886 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü İbrahim Əzizov polis əməkdaşları tərəfindən saxlanılıb.

Belə ki, sürücü barəsində protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə İ.Əzizovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 15 sutka inzibati qaydada həbs edilib.

Müəllif: Ucnoqta.az redaksiyası