Benində uğursuz çevriliş cəhdində iştirak etməkdə şübhəli bilinən təxminən 30 nəfər saxlanılıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Agence France-Presse (AFP) məhkəmə mənbələrinə istinadən məlumat yayıb.
AFP-nin məlumatına görə, həbs olunanların əksəriyyəti hərbçilərdir. Daha əvvəl 14 çevrilişçinin saxlanıldığı bildirilirdi.
Təhlükəsizlik qüvvələri çevriliş cəhdində iştirak edənləri, o cümlədən üsyançı lideri, podpolkovnik Paskal Tiqrini axtarmağa davam edir. Jeune Afrique jurnalı əvvəllər Tiqrinin qonşu Toqoya qaçdığını bildirmişdi.