ABŞ-da bir köpəkbalığı sahildən təxminən 300 metr aralıda sörfçüyə hücum edib.
Ucnoqta.az xəbər verir ki, The San Francisco Standard qəzetinin məlumatına görə, Kaliforniyanın Sonoma dairəsində bir köpəkbalığı sörfçüyə hücum edib.
Hadisə Salmon Creek ərazisində sahildən 300 yard (təxminən 270 metr) aralıda baş verib. Köpəkbalığı əvvəlcə sörf lövhəsini dişləyib, sonra sörfçüyə hücum edərək qolunu dişləyib.
Dekabr ayında ABŞ-ın Virciniya Biç kurort şəhərinin məşhur çimərliyinin yaxınlığında 700 kiloqramlıq köpəkbalığı aşkar edilib.